Xəbərlər
Loading...
Haqqımızda

«Jalə Biznes»  MMC Bakı şəhərində yerləşən yeni, yüksək səviyyəli ticarət mərkəzi “Jale-TM” a rahat ticarət obyektlərini diqqətinizə çatdırır. Süleyman Rəhimov küçəsi 179 a ünvanında yerləşən  7 mərtəbəli ticarət - əyləncə mərkəzinin ümumi sahəsi 21 900 m2 təskil edir ki, onun 12 801 m2 ticarət sahəsidir. Yeni ticarət mərkəzini üstünlükləri onun arxitekturasi və dizaynıdır.

Bizdə xoş ailəvi istirahət, alış-veriş və əyləncə üçün hər cür şərait vardır. Geniş alış-veriş sahələri, kafe və restoranlar şəbəkəsi, Fast food, iki 5D kinoteatr, lazerli paintball, boulinq, xanımlar və uşaqlar üçün nəzərdə tutulmuş karaoke-bar,ən müasir avadanlıqlarla təchiz olunmuş kişi və qadın fitnes klubları, uşaqlar üçün nəzərdə tutulmuş LEGO oyun sahəsi, şəhərdə ən böyük ZOOM və oyun avtomatları sizin xidmətinizdədir. Eləcə də mərkəzin 2 ci mərtəbəsində şəhərimizdə ilk dəfə olaraq «Qorxulu otaq» yerləşir.

Ticarət mərkəzində geniş yeraltı qaraj da fəaliyyət göstərir.

Mərkəz ziyarətçilərə özlərini rahat hiss etmələri üçün geniş çeşiddə mallar və yüksək səviyyəli xidmət təklif edir.


Alıcılarla əlaqədə  yüksək səviyyəli xidmətə xüsusi diqqət yetirilir.

"JALƏ" TM ticarət mərkəzlərinin yeni keyfiyyət etalonudur. 
Ticarət-əyləncə mərkəzinin açılışı 2012 ci ildə nəzərdə tutulur.










Karyera  JALƏ BİZNES MMC ® All Rigts Reserved